"Leypsiq"in yetirməsi 25 yaşında vəfat edib

Almaniyanın "Yan Regensburq" komandasının 25 yaşlı futbolçusu dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Agemanq Diavuzi "Leypsiq" akademiyasının yetirməsidir.

2018-ci ildə "öküzlər"lə yolu ayrılan sağ vinger bu ildən etibarən 3-cü divizion komandasının formasını geyinirdi.

Onun ölüm səbəbi hələ ki, açıqlanmır.