"Leyptsiq"dən ardıcıl 6-cı qələbə
Almaniya Bundesliqasının 24-cü turunda "Leyptsiq" səfərdə "Frayburq"a 3:0 hesabı ilə qalib gəlib. Bu, qonaq komandanın ölkə çempionatında ardıcıl 6-cı qələbəsi olub.
"Frayburq" - "Leyptsiq" - 0:3
Qollar: Nkunku, 41, Soerloth, 64, Forsberq, 79
Bu qələbə ilə xalını 53-ə yüksəldən "Leyptsiq" turnir cədvəlində liderliyə yüksəlib. "Bavariya" 52 xalla (23 oyun) 2-ci, "Volfsburq" 45 xalla 3-cüdür.