"Lill"in futbolçusu "Mançester Yunayted"in radarına düşüb

"Lill"in ingiltərəli futbolçusu Anxel Qomes "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Fransa klubu Qomesi 30 milyon avro qarşılığında satmağa hazırdır.

24 yaşlı futbolçu "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Qomes cari mövsüm çıxış etdiyi 19 matçda 2 qol və 1 asistlə yadda qalıb.