Lionel Messinin "İnter Mayami"ni seçmə səbəbi bəlli olub
Lionel Messinin "İnter Mayami" ilə müqaviləsindəki xüusi bənd ortaya çıxıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, argentinalı ulduz futbolçunu PSJ-dən gətirən maddə Amerika mediasında gündəm mövzusuna çevrilib.
Belə ki, Lionel Messi "İnter Mayami" klubunda futbolçu karyerasını başa vurduqdan sonra müqavilədə qeyd olunmuş maddəyə əsasən komandanın idarəedici tərəfdaşı kimi çalışmağa davam edəcək.Futbolçu məhz bu səbəbdən Amerika klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, Lionel Messinin "İnter Mayami" klubu ilə müqavilə müddəti 2025-ci ilin dekabırında başa çatacaq.