Lionel Messi: Ot örtüyü sürətli oynamağımıza imkan vermədi

Kopa Amerikada 1/4 final mərhələsinin ilk oyununda Argentina millisi 1-1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Ekvadoru məğlub edərək yarımfinala yüksəlib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, komandanın əsas ulduzu Lionel Messi oyunda sonra açıqlamalar verib.

37 yaşlı futbolçu oyun sonrası müsaibəsində "Biz bilirdik ki gərgin və çətin oyun olacaq.Hər şey gözlədiyimiz kimi oldu. Onların çox yaxşı oyunçuları var. Meydan örtüyü burada yaxşı oynamağımıza imkan vermədi.Bu, həmişə müdafiəçilərin işini asanlaşdırır" fikirlərini bölüşüb.

Qeyd edək ki, Lionel Messinin penaltilər seriyasında zərbəsi qeyri dəqiq alınıb.