"Liverpul" addım-addım çempionluğa doğru

İngiltərə Premyer Liqasının 26-cı turun mərkəzi matçı "Etihad Stadium"da keçirilib.

Sportline.az xəbər verir ki, "Mançester Siti" öz meydanında "Liverpul"la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə nəticələnib.

"Mançester Siti" 0:2 "Liverpul"

Qollar: Mohamed Salah, 14, Dominik Sobozlayi, 37

Qeyd edək ki, "Liverpul" 64 xalla çempionata başçılıq edir. "Mançester Siti" 44 xalla 4-cü pillədə yer alıb.