"Liverpul" aparıcı futbolçusunu satacaq

"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyeslə yollarını ayırmaq qərarına gəlib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Nunyesi yay transfer pəncərəsi dövründə satacaq.

25 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, "Liverpul" 2022-ci ilin yayında 85 milyon avro qarşılığında Nunyesi "Benfika"dan transfer etmişdi.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 oyunda rəqib qapılarından 6 top keçirib.

Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.