"Liverpul" "Borussiya"nın futbolçusuna göz dikib

"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens karyerasını "Liverpul"da davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Gittens üçün "Dortmund"a 50 milyon avro ödəməyə hazırdır.

20 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 30 matçda 11 qol 5 asistlə yadda qalıb.

Qeyd edək ki, Gittensin "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.