"Liverpul" hücum xəttini gücləndirmək istəyir
"Liverpul" hücum xəttini gücləndirmək niyyətindədir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Bayer Leverkuze"nin hücumçusu Florian Virçlə maraqlanır.
Bu mövsüm uğurlu çıxışı ilə bütün dünyanın diqqətini cəlb edən Almaniya klubu isə hücumçu üçün minimum 150 milyon avro tələb edəcəyini bildirib.
Qeyd edək ki, Florian Virç bu mövsüm "Bayer Leverkuzen" forması ilə çıxdığı 39 oyunda 14 qol, 18 asistlə yadda qalıb.