"Liverpul" İngiltərə çempionu olsa, Kieza medal almayacaq
"Liverpul" bu mövsüm İngiltərə Premyer Liqasında çempionluğa addım-addım yaxınlaşır.
Sportline.az xəbər verir ki, Mersisayd klubu çempion olduğu tədqirdə, italiyalı futbolçu Federiko Kieza medal almayacaq.
Bu haqda "Daily Mirror" nəşri məlumat yayıb. Buna səbəb Kiezanın yetərincə dəqiqə almaması göstərilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu Premyer Liqada cəmi 25 dəqiqə meydanda olub.