“Liverpul” liderliyini qorumaq üçün meydana çıxacaq

Bu gün İngiltərə Premyer Liqasında 7-ci tura start verilir.

Sportline.az xəbər verir ki, çempionatın lideri “Liverpul” səfərdə “Kristal Palas”la qarşılaşacaq. Mersisayd klubunda əsas itki yeni transfer Federiko Kieza və Harvi Eliyotun adı ilə bağlıdı. “Kristal Palas”da isə Çadi Rayid, Kris Riçards, Çek Omar Dukure və Mathuys França zədə səbəbindən meydanda olmayacaq.

Qeyd edək ki, “Kristal Palas” – “Liverpul” matçı bu gün saat 15:30-da başlayacaq. Oyunu Saymun Huper idarə edəcək.