"Liverpul" "Mançester Siti" ilə matça itkilərlə çıxacaq

İngiltərə Premyer Liqasında 26-cı turun mərkəzi matçı "Etihad stadium"da baş tutacaq.

Sportline.az xəbər verir ki, "Mançester Siti" "Liverpul"u qəbul edəcək.

"Liverpul" bu oyuna ciddi itkilərlə çıxacaq. Kodi Qakpo, Co Qomez və Tayler Morton zədə səbəbindən matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" görüşü 23 fevral saat 20:30-da başlanacaq. 

Oyunun ədalət təmsilçisi Entoni Teylor olacaq.