“Liverpul” və “Arsenal” transfer yarışına girib

“Nyukasl Yunayted”in isveçli forvardı Aleksander İsak “Liverpul” və “Arsenal”ın maraq dairəsinə düşüb.

Sportline.az “Daily Mirror”a istinadən xəbər verir ki, “Nyukasl Yunayted” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, İsak klubdan ayrılacaq.

“Liverpul” və “Arsenal” yay transfer pəncərəsi dövründə 25 yaşlı futbolçu üçün “Nyukasl”a təklif göndərəcək.

Mersisayd klubu Salahın yerini İsakla doldurmaq istəyir.

Onun “Nyukasl”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İsak bu mövsüm çıxış etdiyi 30 matçda 21 qol və 5 asistlə yadda qalıb.

“Nyukasl”ın rəhbərliyi A.İsak üçün ən azı 100 milyon avro tələb edir.