"Liverpul" və "Mançester Siti" transfer yarışına girib
"Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmix mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Siti" Kimmixlə yaxından maraqlanır.
30 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Kimmix 2015-ci ildən Münhen klubunda çıxış edir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 oyunda 1 qol və 9 məhsuldar ötürmə müəllifi olub.