"Liverpul"a qalib gəldi, diz çöküb ağladı
İngiltərə Premyer Liqasının 17-ci turunda ötən gecə lider “Liverpul”a qalib gələn (1:0) “Sauthempton”un baş məşqçisi Ralf Hasenhüttl duyğusal anlar yaşayıb.
Sportline.az xəbər verir ki, avstriyalı mütəxəssis matçın final fitindən sonra sevincindən göz yaşlarına hakim ola bilməyib.
Qarşılaşmanın ardından bu barədə danışan məşqçi deyib: “Kloppa qarşı statistikam heç yaxşı deyildi. Bu günə qədər çempionatda qalib gələ bilmədiyim yeganə məşqçi idi. 1-2 ay önce görüşümüzdə ona bu qələbənin zarafatını etmişdim”.