"Liverpul"da türk futbolçu
“Liverpul” Türkiyə millisinin və Almaniyanın “Şalke” klubunun müdafiəçisi Ozan Kabakla güclənib.
Sportline.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götülürüb. Ozan yeni komandasında “19” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ozan Kabak “Qalatasaray”ın yetirməsidir. O, 2019-cu ildə “Ştutqart”a transfer edilsə də, cəmi yarım il sonra “Şalke”yə keçmişdi. 20 yaşlı futbolçu Türkiyə yığmasında da 7 oyun keçirib.