"Liverpul"da yeni müqavilə
"Liverpul" yarımmüdafiəçisi Harvi Elliotla müqaviləni uzadıb.
Sportline.az klubun saytına istinadən xəbrə verir ki, 19 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Müqavilənin dəqiq müddəti açıqlanmayıb.
Qeyd edək ki, Elliott 2019-cu ildə “Fulhem”dən “Liverpul”a keçib və o vaxtdan komandanın heyətində 22 matçda oynayıb.