"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu zədələnib.

Sportline.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Endryu Robertson dizindən xəsarət alıb.

28 yaşlı müdafiəçinin bir neçə matçı buraxacağı gözlənilir.

Beləliklə, "Liverpul"dakı zədə oyunçuların sayı 8-ə çatıb. Daha əvvəl Cordan Henderson, İbrahima Konate, Kertis Cons, Aleks Oksleyd-Çemberlen, Kuivin Kelleher, Kelvin Remzi və Nabi Keyta sıradan çıxıb.

Qeyd edək ki, "Liverpul" sentyabrın 13-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda Niderland "Ayaks"ını qəbul edəcək.