"Liverpul"dan "Arsenal"a keçir

"Liverpul"un portuqaliyalı futbolçusu Dioqo Jota "Arsenal"ın transfer hədəfinə çevrilib.

Sportline.az "Anfield Watch" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Jota üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

Lakin "Liverpul"un rəhbərliyi 28 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Jota 2020-ci ildə 44.7 milyon avro qarşılığında "Vulverhempton"dan "Liverpul"a transfer olunmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 oyunda rəqib qapılarından 8 top keçirib.

Jotanın "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.