“Liverpul”dan gözlənilməyən addım
"Liverpul" klubu “Real Madrid”ə 100 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, liverpullular bu məbləğ qarşılığında Valverdeni heyətə qatmaq niyyətindədirlər.
Gələn mövsüm üçün heyəti daha da gücləndirməyi planlaşdıran “Real Madrid” isə bu barədə açıqlama verməyib.
Qeyd edək ki, 24 yaşlı uruqvaylı yarımmüdafiəçi 2016-cı ildən Madrid "Real"ının şərəfini qoruyur.