"Liverpul"dan imtinasına haqq qazandırdı

"Real Sosyedad"ın futbolçusu Martin Subimendi "Liverpul"un təklifinə imtinasından danışıb.

Sportline.az xəbər verir ki, gənc yarımmüdafiəçi bunu düzgün qərar kimi qiymətləndirib.

"Xoşagəlməz anlar yaşadım. Düşünürəm ki, ən düzgün qərar burada qalmağım idi. San-Sebastyanda özümü xoşbəxt hiss edirəm. Seçimimdən narazı deyiləm. Yaxşı mövsüm keçirəcəyimizə inanıram", - deyə Subimendi "Goal"a müsahibəsində bildirib.

Qeyd edək ki, Субименди bu yay "Liverpul"un təklifini qəbul etməmişdi.