"Liverpul"dan İsak həmləsi
"Liverpul" "Nyukasl"ın isveçli futbolçusu Aleksander İsakı transfer etmək niyyətindədir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu İsak üçün mövsümün sonunda rəsmi təklif göndərəcək.
"Nyukasl"ın rəhbərliyi ən azı 100 milyon avro tələb edir.
Qeyd edək ki, İsak bu mövsüm çıxış etdiyi 29 matçda 19 qol və 5 asistlə yadda qalıb.