"Liverpul"dan "Seltik"ə

Şotlandiya Liqasının son çempionu "Seltik' heyətini qapıçı ilə gücləndirəcək.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Zolaqlılar" "Liverpul"un qapıçısı Kaomin Kelleheri heyətinə qatmaq istəyir.

Mersisayd klubunun bu transfer üçün qarşı tərəfdən 20 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, irlandiyalı qapıçı 2019-cu ildən qapısını qoruduğu "Liverpul"un heyətində ümumillikdə 47 oyuna çıxıb.