"Liverpul"dan yeni həmlə
"Liverpul" "Feyenoord"un slovakiyalı stoperi David Hançkonu transfer etmək istəyir.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda Hanço üçün "Feyenoord"a rəsmi təklif göndərəcək.
27 yaşlı futbolçunun Rotterdam klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Hanço "Liverpul"da çıxış etməyə müsbət baxır.