"Liverpul"un baş məşqçisinə ağır cəza
İngiltərə Futbol Assosiasiyası "Liverpul"un baş məşqçisi Arne Slotu iki oyunluq diskvalifikasiya edib.
Sportline.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yayılıb.
Slot eyni zamanda 80 min avro məbləğində cərimə də ödəməlidir.
Buna "Everton"la İPL-in 15-ci turundan təxirə salınan oyundakı hadisələr səbəb olub.
Slotun 2-2 hesabı ilə bitən oyundan sonra hakimləri təhqir etdiyi bildirilir.