Luis Enrike məşhur klubu çalışdıra bilər

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike PSJ-ni çalışdıra bilər.

Sportline.az Le Parisien nəşrinə istinadən xəbər verir ki, Paris klubu onun namizədliyini nəzərdən keçirir.

Klub rəhbərliyi 53 yaşlı mütəxəssisin İspaniya millisi və "Barselona"dakı işini əsas tutaraq bu qənaətə gəlib.

Qeyd edək ki, Enrike ilə yanaşı PSJ-nin baş məşqçi postuna namizədlər sırasında Joze Mourinyo ilə Tyaqo Mottanın da adı hallanır.