Luis Enrikenin PSJ ilə müqaviləsinin şərti açıqlandı

PSJ-nin yeni baş məşqçisi Luis Enrike olacaq.

Sportline.az L’Équipe nəşrinə istinadla xəbər verir ki, 53 yaşlı ispaniyalı parislilərlə daha bir mövsüm uzadılma ehtimalı ilə iki illik müqavilə imzalayacaq.

Paris klubu rəhbərliyi əvvəllər "Barselona", "Roma", "Selta" və İspaniya millisini çalışdıran mütəxəssisə böyük ümid bəsləyir.

Qeyd edək ki, Enrike bu postda ötən mövsüm Fransa Liqası və Superkubokunu qazanan Kristof Qaltyeni əvəzləyəcək.