Lukaku Avropada qalır
Belçika millisinin forvardı Romelu Lukaku karyerasını Avropada davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrisio Romano "tvitter" səhifəsində yazıb.
Onun sözlərinə görə "Çelsi"nin hücumçusu Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etməyib.
Qeyd edək ki, Kriştianu Ronaldunun fərmasını geyindiyi "Əl-Nəsr" klubu Lukakunu transfer etməyə çalışırdı.