Lukaku "İnter"də qalmaq istəyir
Romelu Lukaku Maurisio Poçettino ilə gələcəyini müzakirə edib.
Sportline.az xəbər verir ki, icarədə olan hücumçu "Çelsi"nin yeni baş məşqçisinə "İnter"də qalmaq istədiyini bildirib.
Lukaku karyerasını “neradzurri”nin tərkibində davam etdirmək istədiyini Milan komandasının rəhbərliyinə də bildirib.
Bu mövsüm belçikalı A Seriyasında 25 matçda 10 qol vurub.