Lukaku karyerası ilə bağlı qərarını verib

Son günlərdə adı "Fənərbağça" ilə hallanan Romelu Lukaku yekun qərarını verib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, belçikalı futbolçu HLN-ya verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Gələcəyimlə bağlı qərarımı artıq vermişəm, nə olacağını bilirəm. Qərarımı açıqlayanda hamı mənimlə razılaşacaq.Nə zaman bir yerdə qalmağa və ya getməyə qərar versəm həmişə doğru seçim etdiyimi görmüşəm" deyə fikirlərini bildirib.

Əlavə olaraq ulduz oyunçu "Çalışdığın ən yaxşı baş məşqçi?" sualına "Şübhəsiz olaraq,  Antonio Konte" cavabını verib.

Qeyd edək ki, bu mövsümü icarə əsasında "Roma"da keçirən 31 yaşlı hücumçu 47 oyunda 21 qol vurub, 4 asist edib.Lukaku müqavilə ilə "Çelsi" klubunun futbolçusudur.