Lukaku komanda yoldaşları ilə vidalaşdı

“Çelsi”nin  hücumçusu Romelu Lukaku bu yay klubu tərk edə bilər.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı belçikalı futbolçu artıq “zadəganlar”dan ayrılmaq arzusunu komanda yoldaşlarına bildirib, hətta onlarla vidalaşıb.

O, 2019-2021-ci illərdə çıxış etdiyi “İnter”ə qayıtmaq istəyir. “İnter” rəhbərliyi də belçikalı oyunçunu geri qaytarmaq fikrindədir.

Qeyd edək ki, Belçika millisinin üzvü ötən ilin avqustunda "Çelsi"yə keçib.

 

Banner