Lukakudan azarkeşlərə təşəkkür

Romelu Lukaku Çempionlar Liqasının finalında uduzduqdan sonra "İnter"in azarkeşlərinə müraciət edib.

Sportline.az xəbər verir ki, Milan komandası turnirin həlledici matçında "Mançester Siti"yə 0:1 hesabı ilə uduzub.

“İlk növbədə, bütün “ İnter” azarkeşlərinə mövsüm boyu göstərdikləri sevgi və dəstəyə görə təşəkkür edirəm. Siz hər an bizim yanımızda olmusunuz və şəxsən mən buna görə sizə təşəkkür etmək istəyirəm. Bu (Çempionlar Liqasının qalibi olmaq) baş tutmamışdı. Bunun üçün hər şeyi verdik. Bu gözəl klubu sevən hamımız üçün pis hissdir... Amma bu klubun aclığı var və biz inşallah bir gün bunu qazanmaq üçün mübarizə aparacağıq” - hücumçu yazıb.

Banner