Macarlar hələ də Kadi şokundadırlar
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə heç-heçə etdiyi "Ferentsvaroş"u (1:1) səfərdə 3:1 hesabı ilə yenərək pley-offa yüksəlməsi Macarıstan mətbuatının diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, "Ferentsvaroş"un sabiq müdafiəçisi Yanoş Matyuş "Nemzeti Sport"a açıqlamasında bu barədə danışıb:
"Səfərdə "Qarabağ"la bərabərə qalandan sonra hamı "Ferentvaroş"un necə yaxşı oynadığını, pley-offa çıxmaq şansı qazandığını və bu hədəfin real olduğunu deyirdi. Ancaq hələ Bakıdakı görüşün ikinci yarısında rəqib Macarıstan təmsilçisindən aşkar üstün görünmüşdü. Hə, Azərbaycan komandası öz meydanında sərgilədiyi futbolla təhlükəli olduğunu isbatlamışdı.
Evdə matça çox pis başladılar. Start fitindən dərhal sonra qonaqların "Ferentsvaroş"a problem yarada biləcəyi sezildi. Adnan Kovaçeviç və Rasmus Telanner müdafiənin mərkəzində bərbad təsir bağışladılar. Rəqibin heyətindəki Kadinin öhdəsindən gəlmək heç cür mümkün olmadı".