Mahir Emreli "Dinamo"nun tədbirində
Zaqrebdə "Dinamo"nun keçmiş Yuqoslaviya futbol çempionatında qazandığı qələbənin 30 illiyi münasibətilə “Çiro” tamaşası olub.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, tədbirə "Dinamo"nun rəhbərliyi ilə yanaşı, komandanın məşqçi və futbolçu heyəti də qatılıb. Tamaşanı izləyənlər arasında Mahir Əmrəli də olub.
Qeyd edək ki, "Dinamo" keçmiş Yuqoslaviya çempionatında sonuncu dəfə 1982-ci ildə çempionluq sevinci yaşamışdı.