Mahir Emreli kənarda qaldı
Futbol üzrə Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, millinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Səfərdə “Slaven Belupo” ilə qarşılaşan zaqreblilər oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar.
Mahirin adı zədəli olduğu üçün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 27 oyuna 57 xal toplayan “Dinamo” 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.