Mahir Emrelidən qələbə paylaşımı
Zaqreb "Dinamo"sunun azərbaycanlı hücumçusu Mahir Emreli Çempionlar Liqasında "Bodyo-Qlimt"ə (Norveç) qalib gəldikləri oyundan sonra instaqramda paylaşım edib.
Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu qrup mərhələsinə vəsiqə qazanmaları ilə bağlı bunları yazıb:
"Hər şey Allaha məxsusdur. Allah görünməz qüvvədir və hikmətin sahibidir. Əlhəmdulillah".
"Dinamo" "Bodyo-Qlimt"i 4:1 hesabyla məğlub edib.