Mahir oynadı, "Dinamo" qələbə qazandı

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Qoritsa" ilə qarşılaşıb. Görüş "Dinamo"nun 1:0 hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu Mislav Orşiç vurub.

Mahir də bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.

“Dinamo” 9 turdan sonra 25 xalla 1-ci sıradadır.

Banner