Mahir qol vurdu, "Dinamo" qələbə qazandı
Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 30-cu tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda "Riyeka"nın qonağı olub. Matç "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:1.
57-ci dəqiqədə meydana çıxan Mahir 79-cu dəqiqədə komandasının 1-ci qolunu vurub. Bu, Emrelinin Zaqreb təmsilçisində ilk qoludur.
Bu nəticədən sonra "Dinamo" 63 xalla 1-ci, "Riyeka" 55 xalla 4-cüdür.
10 aprel
22:00. "Riyeka" - "Dinamo" (Zaqreb) - 1:2
Qollar: Cerin 6, (1:0), Emreli, 79 (1:1), Ademi, 86 (1:2)