Makallister rəsmən "Liverpul"da

İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Brayton"dan Aleksis Makallister transfer olunub.

25 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Aleksis Makallister ötən il Argentina millisi ilə Qətərdəki dünya çempionatının qalibi olub.