Makqreqor Həbib Nurmaqomedovu təhqir edib

Məşhur irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor dilini dinc saxlamır.

Sportline.az xəbər verir ki, UFC-nin sabiq çempionu vaxtilə məğlub olduğu Həbib Nurmaqomedovu yenidən təhqir edib.
Onun sözlərinə görə, dağıstanlı idmançı borclarını ödəmək məqsədilə karyerasını bərpa etmək niyyətindədir.

"Onun yenidən döyüş meydanına qayıdacağına sevinirəm. Amma, o, dərhal siçovul tələsinə düşəcək. Bu, balaca siçovulun rinqə qayıdışını hamımız izləyə bilərik. Biz onu gombul siçovul adlandırırıq", - deyə Konor "Duelbits"in efirində Həbibə söz atıb.

Qeyd edək ki, bu günlərdə Nurmaqomedovun Rusiya Federasiyasının Vergi Xidmətinə 306 milyon avro borcu olduğu haqda məlumat yayılmışdı.