Makqreqorun qarşıdakı döyüşdən qazanacağı məbləğ açıqlandı

Sabiq UFC çempionu Konor Makqreqorun Donald Serrone ilə döyüşdən alacağı mükafat müəyyənləşib.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, irland döyüşçü bu döyüşdən təqribən 5 milyon dollar, onun rəqibi isə 2 milyon dollar qazanacaq.

Qeyd edək ki, K. Makqreqor UFC çempionluğu uğrunda Həbib Nurmaqomedova uduzduğu döyüşdən isə 3 milyon dollar qonarar almışdı.

Xatırladaq ki, Makreqor-Serrone döyüşü  yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.