Maks Ferstappen 2021-ci il mövsümündə "Formula 1" üzrə dünya çempionu olub
“Red Bull” komandasının pilotu Maks Ferstappen karyerasında ilk dəfə "Formula 1" üzrə dünya çempionu olub.
Sportline.az xəbər verir ki, Ferstappen "Yas Marina” avtodromunda keçirilən mövsümün son yarışı olan Əbu Dabi Qran-Prisində sonuncu dövrədə “Mercedes”in pilotu Lüis Hemiltonu məğlub edərək qalib gəlib.
Hemilton yarışın startında qalib olub və ilk dövrədə Ferstappendən uzaqlaşa bilib, lakin yarışın sonunda məğlub olub. Belə ki, Ferstappen növbəti dövrədə Hemiltonu qabaqlayıb və səkkiz xal fərqlə çempion olub.
Qeyd edək ki, "Red Bull" komandası son 8 ildə ilk dəfədir titul qazanır.
Yarışda Lüis Hemilton ikinci yerə çıxıb. "Ferrari"dən ispaniyalı Karlos Sayns finişə 3-cü çatıb.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib. Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olub.