Maldini ilə yeni müqavilə

"Milan"ın texniki direktoru Paolo Maldini  klubu ilə yeni müqavilə imzalayacaq.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onunla müqavilə 2024-cü ilin yayına kimi uzadılacaq.

Qeyd edək ki, Maldini futbolçu karyerası ərzində təkcə "Milan"da oynayıb. O, komandanın heyətində 902 oyuna çıxıb. Maldini "Milan"la 7 dəfə İtaliya çempionu, 5 dəfə Çempionlar Liqası və eyni sayda UEFA Superkubokunun qalibi olub.

Banner