Malkom "Barselona"nı xatırladı

Malkom “Barselona”nı xatırlayıb.

Sportline.az xəbər verir ki, bir vaxtlar "Barselona"da oynayan yarımmüdafiəçi keçmiş günlərini yada salıb.

“Mənim imkanlarım var idi, onlardan istifadə etdim, amma hər şey ədalətli olmadı. Ancaq bu, məşqçinin seçimi idi - futbolçular ona hörmət etməlidir. Hər gün öz işinlə məşğul olmalısan və kim bilir başqa fürsət yaranacaqmı?! Rusiyada, "Zenit"də xoşbəxtəm. Məni yaxşı qarşıladılar və etibarlı müqaviləm var. Barselona mənim üçün fərqli bir statusda "Zenit"ə getmək üçün bir körpü idi. Mən xoşbəxtəm və razıyam. "Barselona"dakı müddət tez keçdi, amma çox şey öyrəndim, hamı mənə kömək etdi. Hələ Çempionlar Liqasında oynayarkən daha çox oynaya bilmək üçün “Barselona”dan ayrılmaq qərarına gəldim. Mən indi atayam və bütün diqqətimi özüm və ailəm üçün ən yaxşısını etməyə yönəltmişəm" - deyə Malkom bildirib.

Banner