Malta – Azərbaycan oyununun hakimi dəyişdirildi
Bu gün Bakı vaxtı ilə saat 22:00-da Maltada keçiriləcək Malta – Azərbaycan oyununu idarə edəcək ispaniyalı hakimlər briqadasında dəyişiklik baş verib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Alexandro Hernandesi 4-cü hakim Sezar Sato Grado əvəzləyib. 4-cü hakim funksiyası Malta Futbol Federasiyasından Emanuel Greçə həvalə olunub.