Malta Bakıya bu heyətlə gələcək
UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda yer alan Maltanın Kosovo və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Rey Farruciya heyətə 24 futbolçunun adını daxil edib:
Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan")
Müdafiəçilər: Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Ferdinando Apap ("Viktoria Hotspurs"), Keyn Attard ("Birkirkara"), Stiv Borq, Rayan Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan")
Yarımmüdafiəçilər: Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Byorn Kristensen ("Hibernians"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana")
Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr)
Qeyd edək ki, Malta oktyabrın 11-i Kosovo, 3 gün sonra isə Azərbaycanla qarşılaşacaq.