"Malyorka"dan PSJ-yə
Li Kan İn PSJ-yə keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Malyorka"nın yarımmüdafiəçisi və fransız klubu uzunmüddətli müqavilə ilə bağlı şifahi razılığa gəliblər. Koreyalı artıq tibbi müayinənin əsas hissəsindən keçib.
İndi parislilər İspaniya komandası ilə onun müqaviləsinin yekun detalları ilə bağlı danışıqlar aparırlar.
Yarımmüdafiəçi 2022/23 mövsümündə La Liqada 36 oyun keçirib və 6 qol vurub.