"Mançester Siti" dünyanın ən güclü komandası deyil"

Roberto Mançini "Mançester Siti"ni dünyanın ən yaxşı komandası hesab eləmir.

Sportline.az xəbər verir ki, İtaliya millisinin baş məşqçisi La Stampa nəşrinə müsahibəsində Çempionlar Liqasının final oyunu ilə bağlı bunları deyib: "Bu cür oyunlar haqqında proqnoz vermək çətindir. Əksəriyyət ingiltərəliləri favorit sayır. Fikrimcə, "Mançester Siti" dünyanın ən güclü komandası deyil. Amma, onlar necə oynamaq lazım olduğunu hamıdan yaxşı bilirlər. Bununla belə, Simone İnzagini yaxşı tanıyıram. Ona inanmağa dəyər".

Qeyd edək ki, iyunun 10-da İstanbulda keçiriləcək final matçında "Mançester Siti" ilə "İnter" üz-üzə gələcək.