"Mançester Siti" Holandla dil tapa bilmir
"Mançester Siti" Erlinq Holandı heyətdə saxlamağa çalışır.
Sportline.az xəbər verir ki, mançesterlilər bu məqsədlə norveçli futbolçunun müqaviləsinin vaxtını artırmağı planlaşdırırlar.
Amma, Erlinq bu məsələdə klubla anlaşmağa tələsmir.
"TEAMtalk"ın yaydığı məlumata görə, tərəflər arasındakı danışıqlar yenə də nəticəsiz qalıb.
Qeyd edək ki, "Siti" ilə 2027-ci ilədək müqaviləsi olan 24 yaşlı forvard transfer qiymətinin 100 milyon funtu keçməməsini istəyir.
Klub rəhbərliyi isə, bu qiymətin aşağı olduğu iddiasındadır.