"Mançester Siti" liderliyini möhkəmlətdi
"Mançester Siti" İngiltərə Premyer Liqasında 21-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda doğma meydanda "Şeffild Yunayted"lə qarşılaşıb. Matç Mançester təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, komanda ölkə çempionatında ardıcıl 8-ci qalibiyyətini əldə edib.
"Mançester Siti" - "Şeffild Yunayted" - 1:0
Qol: Jezus, 9
Bu qələbə ilə xalını 44- yüksəldən meydan sahiblərini liderliyi möhkəmlədib. "Mançester Yunayted" 40 xalla 2-ci, "Lester" 39 xalla 3-cüdür.